Yulğun Ağac kəndinin sakinləri mədənçilərin dağıdıcı fəaliyyətinə etiraz edir

GADTB: Dünən Tikantəpə şəhrinin Yulğun Ağac kəndinin sakinləri kəndin Sərdərə ərazisində yerli olmayan mədənçilərin dağıdıcı fəaliyyətlərinə qarşı etiraz aksiyasi keçiriblər.

Əhali hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə öz hüquqi səbəblərini açıqlayıb və bu mədənin fəaliyyətinin dayandırılmasını tələb ediblər.

Qanuna əsasən, hər bir mədən sahəsi başa çatdıqdan sonra ilkin vəziyyətinə qaytarılmalıdır ki, bu da mədən sahibi tərəfindən edilməyib. Yeni mədən açmaq üçün bütün hüquqi işlər, müvafiq araşdırmalar aparılmalıdır, bu da aparılmayıb. Qanuna görə, qanunu pozan mədənçinin mədən lisenziyası və səlahiyyəti ləğv edilməlidir.

Kəndin yerli idarəetmə orqanı və kənd sakinlərini təmsil edən iddiaçılar məclisi istismar qanununun normalarına əməl etmədiyi üçün mədənçiyə şikayət edib və ölkənin Mədən təşkilatı araşdırma aparıb nəticəsini açıqlayana qədər mədənçinin fəaliyyətini dayandıramsını istəyib.

Hesabatda əlavə olunur ki, bu mədənin fəaliyyəti nəticəsində suayrıcının baş hissəsindəki SelAparan bölgəsinin bağları, əkin sahələri və bulaqları quruyub.

Qeyd edək ki, tarixi Yulğun Ağac kəndi Tikantəpə şəhəri yaranana qədər Afşar bölgəsinin mərkəzi olub və bu kənddə Afşar bölgəsinin hakimi “Süleyman Xan Afşar” yaşayıb. Azərbaycanın bu böyük və köhnə kəndində mədəni irs rəsmilərinin səhlənkarlığı ucbatından dağıdılan onlarla tarixi abidə var.

İsfahanlı mədənçilərin fəaliyyəti nəticəsində baş verən dağıntılara görə, indiyədək Azərbaycanın Yulğun Ağac kəndinin 500 ailəsini köç etməyə məcbur qalıb. 2021-ci ilin iyulunda Qərbi Azərbaycan Radio və Televiziya Agentliyi yazırdı: “1978-ci ildə bu kəndin 720 təsərrüfatı var idi, indi isə mədənlərin dağıdılması səbəbindən kənddə cəmi 220 təsərrüfat qalıb”.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …