Belçika parlamenti SEPAH-ı terror təşkilatı kimi tanıdı

GADTB: Bu gün səhər Belçika parlamenti, SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanıyan qətnaməyə səs verib.

Parlamentin İran əsilli millət vəkili Dərya Səfai bununla bağlı, “X” platformasında paylaşım edərək bildirib ki, qəbul olunan sənəd Avropa İttifaqını da SEPAH-a qarşı eyni mövqe tutmağa çağırır.

Qətnamə, İran hakimiyyətinin həm ölkə daxilində, həm də bölgədə artan müdaxilə cəhdlərinə qarşı beynəlxalq narahatlıqlar fonunda qəbul edilib. Bu qərar SEPAH və İran hakimiyyətinə qarşı Avropada təzyiqlərin artması ilə nəticələnə bilər./ Azad İran

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …