Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimin azərbaycanlı siyasi məhbusları qarşı Böyük Tehran zindanında təzyiqləri artıb

GADTB: Molla rejimi Böyük Tehran həbsxanasında saxlanılan azərbaycanlı milli fəallara qarşı təzyiqləri artırıb. Azərbaycanlı siyasi məhbuslar  Araz Aman, Ayaz Seyfxah, Baqir Hacızadə və Kərəm Mərdanə yerdə yatmaq məcburiyyətindən qalıbkar.

İsrailin Evin həbsxanasına endirdiyi zərbələrdən sonra kütləvi şəkildə Böyük Tehran ghəbsxanasına köçürülən məhbuslar davamlı oalraq buradakı qeyri-insani rəftardan və sıxlıq səbəbindən yaranmış şəraitsizlikdən şikayət edirlər.

Fəalların sözlərinə görə, onlar 35 nəfərlə eyni otaqda saxlanılırlar və yerdə yatmağa məcbu edilirlər. 

Qeyd edək ki, həbsxanada məhbus olan bu fəallar 2024-ci il fevralın 16, 17 və 18-də məhkəmə qərarı olmadan ETTELAAT qüvvələri tərəfindən Təbrizdə həbs ediliblər.

Fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmə”, “İslam Respublikası sisteminə qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar və Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbülqasım Salavatinin başçılıq etdiyi 15-ci şöbəsi tərəfindən ağır və qəddar cəzalar alıblar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …