Bazar , Avqust 23 2026
azfa

Molla rejimin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda ciddi su böhranı yaşanır

GADTB: Təbriz Ticarət Palatasının Urmiya gölünün su hövzəsinin bərpasına həsr olunmuş ixtisaslaşdırılmış iclasında ekspertlər və rəsmilər həyata keçirilən planların səmərəsizliyi ilə bağlı xəbərdarlıq edib və mərkəzi hökuməti təcili tədbirlər görməyə çağırıblar.

Şərqi Azərbaycan əyaləti qubernatorunun inşaat işləri üzrə müavini Zəfər Məhəmmədi gölün bərpası üçün son illərdə müəyyən vəsaitin xərclənməsinə toxunaraq deyib: Bu xərclərə baxmayaraq, nəinki göl bərpa olunmayıb, hətta Təbrizin içməli su təchizatı da böhranla üz-üzədir.

Bu görüşdə Van, Körfəz və Van gölü kimi mənbələrdən suyun nəqli planı nəzərdən keçirilib və Təbriz Universitetinin professorları bütün müvafiq qurumların iştirakı ilə milli super planın hazırlanmasının vacibliyini vurğulayıblar. Ekspertlər xəbərdarlıq ediblər ki, mövcud vəziyyət belə davam edərsə, Azərbaycanda həyat ciddi təhlükələrlə üzləşəcək.

Təbriz Palatasının Kənd Təsərrüfatı, Su və Ətraf Mühit Komissiyasının rəhbəri Cəfəri komissiya üzvlərinin prezidentlə gözlənilən görüşünə toxunaraq, icra planının və hökumətdən ciddi tələblərin olmasının vacibliyini vurğulayaraq əlavə edib: “Hazırda suyun başqa 8 əyalətə daşınması gündəmdədir, lakin Şərqi Azərbaycan məsələsində rəsmilər həmişə buna qarşı çxıblar”. Bu görüş Oman dənizindən suyun mərkəzi İranın səhra ərazilərinə nəqli planının sürətlə davam etdiyi bir vaxtda keçirilib.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …