Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Tohid Əmirəmini Ərdəbil 2-ci Cinayət Məhkəməsinə çağırıb

GADTB: Çərşənbə günü ədliyyənin Səna sistemi vasitəsilə göndərilən bildirişə əsasən, azərbaycanlı fəal “Tohid Əmirəmini” Ərdəbil 2-ci Cəza Məhkəməsinin 104-cü şöbəsinə çağırılıb.

Elektron bildirişə əsasən, Əmirəmini yalan yaymaq ittihamı ilə dinlənilmək üçün iyulun 29-da saat 10:00-da Ərdəbil 2-ci Cinayət Məhkəməsinin 104-cü şöbəsində olmalıdır.

Qeyd edək ki, Tohid Əmirmini bu il iyunun 16-da molla rejimin ETTELAAT məmurlarının fəalın atasının evinə həyətin divarından qanunsuz daxil olmaqla həbs edilib. Dindirmə prosesi başa çatdıqdan sonra o, Kəşfiyyat İdarəsindən Ərdəbilin Mərkəzi Həbsxanasının 7-ci bölməsinə köçürülüb. İyunun 27-də o, məhkəmə prosesinin sonuna qədər 500 milyon tümənlik girov yazdıqdan sonra müvəqqəti olaraq həbsdən buraxılıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …