Çərşənbə , Noyabr 11 2026
azfa

ABŞ Avropanı İrana qarşı “snapback” mexanizmini işə salmağa çağırır

GADTB: ABŞ Senatının 20 üzvü Fransa, Almaniya və Britaniyanı İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarının avtomatik şəkildə bərpa olunmasını nəzərdə tutan “snapback” mexanizmini mümkün qədər tez işə salmağa çağıran qətnaməni dəstəkləyib.

Senatorların irəli sürdüyü qətnamədə bildirilir ki, İranın uranı zənginləşdirmə səviyyəsinin artması və nüvə fəaliyyətinin genişlənməsi beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Qətnamə müəllifləri hesab edirlər ki, Avropa ölkələri 2015-ci ildə imzalanmış “Hərtərəfli Birgə Fəaliyyət Planı” (JCPOA) çərçivəsində öz öhdəliklərini yerinə yetirərək, İrana qarşı sanksiyaların yenidən tətbiqinə təşəbbüs göstərməlidirlər. / Azad İran

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …