Cümə , Avqust 28 2026
azfa

Britaniyalı deputatlar SEPAH-ın terror təşkilatı elan edilməsini tələb ediblər

GADTB: Britaniya parlamentinin bir qrup üzvü, İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin 🇮🇱 İsrail- 🇵🇸Həmas müharibəsi və İranın bu qruplara dəstəyi barədə hesabatının dərcindən sonra SEPAH-ın terror təşkilatı elan edilməsini tələb ediblər.

Onlar qeyd ediblər ki, SEPAH radikal “Mehdiçilik” doktrinasına inanır:

“Bu ideologiyanın məqsədi isə qiyamət döyüşü ilə yəhudiləri, xristianları, İsraili və Qərb ölkələrini məhv etməkdir”.

Məktubda vurğulanıb ki, antisemitizm SEPAH üçün dünyagörüşü və əməliyyat məqsədlərinin əsasını təşkil verən hədəfdir, bu ideologiya Livan Hizbullahı və HƏMAS kimi terrorçu qruplara maddi dəstək verməklə genişləndirilir.

Həmçinin məktubda qeyd olunub ki, SEPAH üzvləri Britaniyada yaşayan iranlı jurnalistlərə və müxaliflərə qarşı bir neçə sui-qəsd və təhdid planlarında iştirak edib, Britaniyanın siyasi və ictimai institutlarına nüfuz etməyə çalışıb./ Azad İran

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …