Molla rejimi həbs etdiyi Yılmaz Mehrəlibəylini Culfa zindanına köçürüb

GADTB: İrqçi fars-molla rejimi Culfadan olan azərbaycanlı fəal Yılmaz Mehrəlibəylini 30 iyul çərşənbə günü Təbrizdə ETTELAAT İdarəsindən Culfa Həbsxanasına köçürüb.

21 iyul 2025-ci ildə molla rejimin qüvvələri tərəfindən həbs edilən Yılmaz Mehrəlibəyli ailəsi ilə telefon danışığında ona qarşı irəli sürülən ittihamların “sistemin əleyhinə təbliğat” və “ictimai rəyi çaşdırmaq” olduğunu bildirib. Bu ittihamlara misal olaraq onun siyasi məhbuslara dəstək fəaliyyəti və sosial şəbəkələrdəki paylaşımları göstərilib.

Qeyd edək ki, azərbaycanlı fəal Yılmaz Mehrəlibəyli insan haqları və siyasi məhbusların müdafiəsi sahəsində dinc fəaliyyətinə görə əvvəllər də həbs edilmiş və təzyiqlərə məruz qalmışdır.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …