Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

GADTB: Amerika İrana qarşı 7 il ərzində ən genişmiqyaslı sanksiyaları, o cümlədən Tehran tərəfindən nəzarət olunan beynəlxalq gəmiçilik şəbəkəsinə, həmçinin onlarla şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib.

Bu sanksiya paketində 12 fiziki şəxs, 80 qurum və 63 gəmi sanksiya siyahısına salınıb ki, bu da ABŞ-nin 2018-ci ildən bəri İslam Respublikasına qarşı tətbiq etdiyi ən böyük sanksiya tədbiridir.

ABŞ-nin məlumatına görə, bu şəxslər, şirkətlər və gəmilər İslam Respublikası rəhbəri Xameneyinin baş müşavirinin oğlu Hüseyn  Şəmxaninin rəhbərliyi altında fəaliyyət göstərən strukturun bir hissəsidir.

Xəzinədarlıq Departamentinin bəyanatında deyilir ki, Hüseyn Şəmxani İran hökumətinin ən yüksək dairələrində atasının nüfuzuna arxalanaraq və geniş yayılmış korrupsiya yolu ilə neft tankerləri və yük gəmilərindən ibarət böyük bir donanma yaradıb və onu idarə edir.

Bu şəbəkə İran və Rusiyadan neft, neft məhsulları və digər yükləri dünya üzrə müştərilərə daşıyıb, İslam Respublikası və Şamxani ailəsi üçün on milyardlarla dollar pul qazandırıb.

Əli Şəmxani də bundan əvvəl 2020-ci ildə ABŞ tərəfindən sanksiyaya məruz qalmışdı.

Eyni zamanda ABŞ-nin maliyyə naziri Skot Besant Çinin Rusiya və İrandan neft almağa davam etməsinin ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. O, bu barədə Stokholmda keçirilən ABŞ–Çin ticarət danışıqlarının ikinci günü Çin rəsmilərinə xəbərdarlıq edib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …