Molla rejimi Təbrizdə “Məşrutə gecəsi” mərasimi ləğv edib

GADTB: İrqçi fars-molla rejimi Təbrizdə “Məşrutə gecəsi” mərasimi ləğv edib.

Müasir Azərbaycanın tarixi və siyasəti üzrə bir qrup tədqiqatçı və ekspertin iştirakı ilə Təbrizdə “Məşrutə gecəsi” elmi konfransı keçirilməli idi. Lakin İranşəhri qurumların və molla rejimin müdaxiləsi ilə ləğv edilib.

Çərşənbə axşamı, avqustun 5-də Təbriz Ticarət Palatasında “İranda müasir dövlətin mümkünsüzlüyü haqqında düşüncə” mövzusunda “Məşrutə gecəsi” adlı elmi konfransın keçirilməsi nəzərdə tutulmuşdu.

Konfransda “Əncumən” jurnalının səyləri və Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində planlaşdırılıb və Seyid Cavad Miri, Mirqasım Bənihaşemi, Məhəmməd Hənəs Pedram, Məhəmməd Əzizi, Yaşar Nahidi Azər, Cavad Əbülhəəsəni, Hüseyn  Əsvədi, Əli Hamad Aman kimi məruzəçilər çıxış edəcəkdi.

Lakin bəzi qurumların təsiri və İranşəhri faşist və totalitar hərəkatların müdaxiləsi nəticəsində bu proqram ləğv edilib.

Təşkilatçılar bu elmi toplantının ləğvindən təəssüfləndiklərini bildirməklə yanaşı, Azərbaycanda intellektual və tədqiqat məkanlarının məhdudlaşdırılması tendensiyası ilə bağlı xəbərdarlıq edərək, müstəqil qurumlara münasibətdə siyasi və mədəni davranışlara ciddi şəkildə yenidən baxılmasını tələb edən bəyanat yayıblar.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …