Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı siyasi məhbuslar Urmiya gölünə görə aclıq edəcəklər

GADTB: “Böyük Tehran” həbsxanasında həbsdə saxlanılan 3 azərbaycanlı siyasi məhbus Məhəmmədrza Fəqihi, Mürtəza Pərvin və Mahmud Ocaqlu Urmiya gölünün qəsdən qurudulmasına etiraz olaraq simvolik aclıq aksiyası keçirəcəklər.

Azərbaycanlı fəallar bu haqda yaydıqları bəyanatda məlumat yayıblar.

Aclıq aksiyasının simvolik olaraq 48 saat davam edəcəyi bildirilsə də, onun başlamasının dəqiq vaxtı hələ müəyyən edilməyib və yaxın günlərdə elan edilməsi planlaşdırılır.

Məhbus fəallar Urmu gölünün kritik ekoloji vəziyyətinə toxunaraq, onun qurumasını təbii şəraitin nəticəsi deyil, daha çox İslam Respublikası hökumətinin son illərdəki yanlış siyasəti və məqsədyönlü səhlənkarlığının nəticəsi hesab ediblər. 

Həmçinin yoxlayın

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …