Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Urmiya gölünün çirklənməsinə etiraz edən azərbaycanlı fəalı həbsə məhkum etdi

GADTB: İrqçi fars-molla rejimi Urmiya gölünün çirklənməsinə etiraz edən azərbaycanlı fəalı həbsə məhkum edib.

Azərbaycanlı insan haqları müdafiəçisi və ekofəal Səid Minai Urmiya gölünün çirklənməsinə etiraz etməsi səbəbindən 5 illik həbs cəzası alıb.

Bununla bağlı, azərbaycanlı fəal sosial media hesabında məlumat yayıb.

Minai Marağadakı “Kaveh Soda” zavodunun sənaye tullantılarını birbaşa Urmiya gölünə axıdıldığını üzə çıxarıb. Bu qanunsuzluq və cinayətin ifşasına görə şirkət ondan məhkəməyə şikayət verib. Nəticədə cinayətkar molla rejimi azərbaycanlı fəalı həbsə məhkum edib.

Fəallar bu hökmü bölgədə ekoloji mübarizəyə təzyiq və həqiqətə qarşı tədbir kimi dəyərləndirirlər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …