Şənbə , Avqust 22 2026
azfa

Ərdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək

GADTB: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, bu, Zəngəzur dəhlizi layihəsinin tam reallaşmasından sonra mümkün olacaq.

Ərdoğan, həmçinin Zəngəzurun bütün region üçün sülh layihəsi olduğunu deyib.

Onun sözlərinə görə, təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin onurğa sütunu olacaq.

“Bu yol iki xətli olacaq, elektrikləşdiriləcək və siqnalizasiya ilə təmin ediləcək. Həmin xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıyacaq. Dəyəri 2,4 milyard avro olan bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq. Layihə eyni zamanda Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək”.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …