Cümə axşamı , Oktyabr 15 2026
azfa

Tramp keçmiş İran deputatının atom bombası ilə bağlı etirafını paylaşıb

GADTB: ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində İran parlamentinin keçmiş vitse-spikeri Əli Mütəhhərinin yer aldığı və İslam Respublikasının #nüvəbombası yaratmaq istəyindən birbaşa bəhs edən video yayımlayıb.

Videoda Mütəhhəri iddia edir ki, İranın nüvə proqramının ilkin məqsədi çəkindirici qüvvə yaratmaq olub: “Biz bomba hazırlamaq istəyirdik, lakin bunu gizli saxlaya bilmədik”.

O, habelə deyib: “Biz yolu axıradək getməliyik”.

Tramp videonu paylaşdıqdan sonra İran mediası buna sərt reaksiya verib və Mütəhhərinin açıqlamalarını “məsuliyyətsiz” və təhlükəli adlandırıb.

 “Narahat dil sindromu” sərlövhəli məqalədə dəqiq məlumat olmadan keçmiş deputatı “boş danışığa” görə qınayıb və ona bu cür sözlərin real nəticələri ola biləcəyini xatırladıb.

O, özü sonradan dediklərindən yayınmağa çalışaraq “X” hesabında müsahibəni verərkən parlamentdə heç bir vəzifə tutmadığını və nüvə sahəsi ilə bağlı olmadığını yazıb./ Azad İran

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …