
GADTB: “The Guardian” yazıb ki, İranın xarici ölkələrdə həyata keçirdiyi gizli əməliyyatlar və məqsədyönlü hücumlar, Tehranın hərbi baxımdan zəifliyini kompensasiya etmək üçün illərdir istifadə etdiyi strategiyadır.
Qəzetin beynəlxalq təhlükəsizlik üzrə müxbiri Ceyson Börk qeyd edir ki, bu taktika İran İslam Respublikasının 1979-cu ildən bəri düşmənləri ilə dolayı mübarizə aparmaq üçün ucuz və təsirli bir yol kimi formalaşıb. Onun sözlərinə görə, bu strategiya düşmənlərin zəif nöqtələrinə zərbə vurmaq, qorxu və qeyri-sabitlik yaratmaqla Tehrana qarşı çıxmağın mümkün risklərini artırmaq məqsədi daşıyır.
Qeyd olunub ki, Avstraliya hökuməti İranı ölkədə baş vermiş bir sıra antisemit hücumlarda ittiham edib. Britaniyalı analitik Metyu Redhed qeyd edir ki, Avstraliya bu qədər ciddi bir ittihamı sübut olmadan irəli sürməzdi. /Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi