Molla rejimin qeydiyyat idarəsi azərbaycanlı körpəyə Asena adına görə doğum şəhadətnaməsi vermir

GADTB: Təbrizdə irqçi fars-molla rejimin Vətəndaşlıq Qeydiyyatı idarəsinin rəsmiləri 4 aydır azərbaycanlı körpəyə Asena adına görə doğum şəhadətnaməsi vermirlər.

Azərbaycanlı körpənin atası Fərhad Pakruh Balamın Adı kampaniyasına bu barədə deyib: “Qızımız 2025-ci il aprelin 22-də dünyaya gəlib və biz ona Asena adını seçmişik. Təbriz Vətəndaşlıq Qeydiyyatı rəsmiləri əvvəlcə bildiriblər ki, sistem həmzə işarəsinin Asena adına daxil edilməsinə icazə vermir. Biz onlara Maidə və Faizə adları üçün niyə belə bir problemin olmadığını soruşduqda onlar bizə qanun belə olduğunu dedilər. Bundan sonra biz məsələ ilə bağlı məhkəməyə müraciət etdik. Məhkəmə bizim xeyrimizə qərar versə də Təbriz Vətəndaşlıq Qeydiyyatı idarəsi əlavə olaraq Tehrandan da icazə almalı olduğumuzu bildirdi. Bu səbəbdən qızımız 128 gündür doğum haqqında şəhadətnaməsiz qalıb.” – deyə o bildirib.

İranda isə doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, quru süd payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …