İran parlamentindən cəfəng iddia: “Zəngəzur dəhlizinin açılması bölgə xalqlarının maraqlarına cavab vermir”

“GADTB: Mashregh News” saytı yazır ki, İran parlamentinin plenar iclasında Zəngəzur dəhlizinin işə düşməsinin “region xalqlarının maraqları ilə ziddiyyət təşkil etdiyi” bildirilib.

Parlament üzvləri bildiriblər ki, guya “belə dəhlizlərin və ya oxşar layihələrin icrası kollektiv təhlükəsizliyə birbaşa təhdid sayılır”.

Məlumata görə, parlamentin Rəyasət Heyətinin üzvü Əhməd Naderi plenar iclasda Cənubi Qafqazın strateji əhəmiyyətindən və İranın şimal-qərb sərhədlərində “riskli planlara” qarşı mövqeyindən danışaraq, 150-dən çox millət vəkilinin fikrini səsləndirib.

Bildirilib ki, parlament Cənubi Qafqazı İranın təhlükəsizlik periferiyası, strateji dərinliyi və tarixi-mədəni əlaqələrinin əhəmiyyətli hissəsi kimi nəzərdən keçirir. Eyni zamanda, Tehran bölgənin məsələlərinin region ölkələri arasında dialoq yolu ilə, xarici qüvvələrin müdaxiləsi olmadan həllini dəstəkləyir.

Hər hansı bir sərhəd dəyişməsi və ya dəhliz layihəsinin BMT Nizamnaməsinin və ərazi bütövlüyü prinsipinin pozulması demək olduğu iddia edilib. Qeyd olunub ki, İslam Respublikası öz milli təhlükəsizliyinin əleyhinə olan istənilən təhdidə qarşı qətiyyətli müdafiə hüququnu özündə saxlayır. Regiondakı enerji, tranzit və iqtisadi əlaqələrdə Tehranın mövqeyini zəiflətmək məqsədi daşıyan layihələr qəbul edilməzdir.

“Parlament regional aktorları və regiondan kənar gücləri qarşıdurmaya sürükləyən ssenarilərə qarşı ayıq-sayıq olmağa, həmrəylik və fəal diplomatiya yürütməyə çağırır. İran qonşu ölkələri mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında əməkdaşlığa dəvət edir. İran parlamenti ölkənin milli maraqlarını qoruyaraq, regionda sülh və sabitliyin təmin olunmasında fəal rol oynamağa hazır olduğunu bir daha təsdiqləyib”, – deyə, saytda vurğulanıb. / Azad İran

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …