
GADTB: Güney Azərbaycanda türk simvollarına qarşı irqçi farslarla terrorçu kürdlər birləşib düşmənçilik edirlər.
İranın Rabitə və İnformasiya Texnologiyaları Naziri Seyid Səttar Haşiminin Urmiya şəhərinə səfəri zamanı Urmiya Bakiri Beynəlxalq Hava Limanında keçirilən qarşılanma mərasimində onu Azərbaycan milli geyimi geyinmiş qız qarşılayıb.
Azərbaycanlı qızın paltarının rəngi və üzərində işlənmiş Ay-Ulduz simvolu Azərbaycan türk millətinin bir çox düşmənlərini qəzəbləndirib.
Narkotik qaçaqmalçılığında əli olan, Avropa Birliyinin sanksiyalarına məruz qalan və xarici ölkələrdə İran rejiminin siyasi cinayətlərini həyata keçirən Naci Zindəşti daxil olmaqla Quzey və Güney Azərbaycan türklərinə qarşı düşmən mövqeyi ilə tanınan İran dövlət televiziyası şərhçisi Ehsan Movəhedian və onun kimi şəxslər bu hadisəyə etirazlarını bildiriblər.
Belə ki, adı çəkilən şəxslər özlərinin sosial media hesablarında bunula bağlı paylaşıb edərək iradlarını bildiriblər.
Qeyd edək ki, irqçi farslar, molla rejimi və terrorçu kürdlər Güney Azərbaycanda türk millətinin birləşmiş düşməni kimi çıxış edirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi