Şənbə , Noyabr 14 2026
azfa

BMT İranı edamları dayandırmağa çağırdı

GADTB: BMT İranı edamları dayandırmağa çağırıb. Bu beynəlxalq təşkilat İranda edamların sürətlə artmasından ciddi narahatlığını ifadə edərək, İslam Respublikasını ölüm hökmünün icrasını dərhal dayandırmağa çağırıb.

BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani bildirib ki, əldə edilən məlumatlara əsasən, 2025-ci ilin əvvəlindən avqustun 28-dək İranda azı 841 nəfər dar ağacından asılıb. Onun sözlərinə görə, bu rəqəm İranın ölüm cəzasını mütəmadi və sistematik şəkildə tətbiq etdiyini göstərir.

Şamdasani vurğulayıb ki, yalnız iyul ayında 110 nəfər edam edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıqdır və 2025-ci ilin birinci yarısında ölüm cəzalarının kəskin artdığını göstərir.

Hazırda İranda ən azı 11 nəfərin edam riski ilə üzləşdiyi də açıqlanıb.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …