Bazar ertəsi , İyun 22 2026
azfa

Molla rejimi edam qərarı çıxardığı Təbriz Universitetinin tələbəsi Ehsan Fəridinin ailkəsinə təzyiq göstərir

GADTB: İrqçi fars-molla rejimin ETTELAAT orqanları rejimin edam qərarı çıxardığı Təbriz Universitetinin tələbəsi Ehsan Fəridinin ailkəsinə təzyiq göstərirlər.

Eyni zamanda bir neçə ay əvvəl İnqilab Məhkəməsinin şəhər üçüncü şöbəsi tərəfindən “korrupsiya” ittihamı ilə edama məhkum edilmiş Təbriz Universitetinin Texniki Fakültəsinin İnşaat və İstehsalat Mühəndisliyi fakültəsinin tələbəsi 22 yaşlı Ehsan Fəridinin həyatı təhlükədədir.

Azərbaycanlı tələbə 2024-cü il iyunun 18-da Təbriz Baş və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə getdikdən sonra həbs edilmiş və həbsxanaya köçürülmüşdür. Onun ölüm hökmü də həmin ilin fevralında çıxarılıb. Məlumatlara görə, hökmün verilməsinə əsas təhlükəsizlik hesabatları və prokurorun ittiham aktı olub.

Azərbaycanlı məhbusun yaxınları bildiriblər ki, qərar verilməsində onun müdafiəsi və vəkili nəzərə alınmayıb. Molla rejimin ETTELAAT qüvvələri tələbənin ailəsini bu müddət ərzində iş haqqında məlumat verməkdən çəkindirmək üçün təzyiq altında saxlayıblar.

Həmçinin yoxlayın

Sato: ABŞ–İran razılaşmasında xalq və insan hüquqları məsələsi diqqətdən kənarda qalmamalıdır

GADTB: BMT-nin xüsusi məruzəçisi Mai Sato sosial şəbəkədə fars dilində paylaşdığı açıqlamada bildirib ki, ABŞ …

İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsinin əsas məqamları

GADTB: Qətər və Pakistanın İran ilə ABŞ arasında İsveçrədə keçirilən danışıqların ilk mərhələsi ilə bağlı …