Şərqi Azərbaycanda rejimin Apellyasiya Məhkəməsi də “Hayal” adının doğum şəhadətnaməsi verilməsinə qarşı çıxdı

GADTB: Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsi “Hayal” adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxdıqdan və uşaq 4 ay sənədsiz qaldıqdan sonra Şərqi Azərbaycanda rejimin Apellyasiya Məhkəməsi də bu adın qeydiyyata alınmasına qarşı çıxıb.

Yeni doğulan körpənin anası Mina Səfəvi #Balamin_Adi kampaniyasına bildirib: “Qızımızın adını ərəbcə “Xəyal” sözünün türkcəsi olan “Həyal” qoyduq. Təbrizdə Vətəndaşlıq Dairəsi rəsmiləri bildiriblər ki, bu ad “qanunsuz” olduğundan onu seçə bilməzsiniz.

Biz də hüquqlarımızı müdafiə etmək üçün məhkəməyə müraciət etdik. Təəssüflər olsun ki, Təbriz Sülh Məhkəməsinin 10-cu Şöbəsinin hakimi ədaləti bərqərar əvəzinə “Türk adları bizim qırmızı xəttimizdir” deyərək, “Ərizəçi doğum haqqında şəhadətnamə üçün münasib və qanuni ad verməyincə işə baxıla bilməz” deyə qərarda yazmışdır. Biz təslim olmadıq və məhkəmənin qərarından apellyasiya şikayəti verdik, lakin Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 9-cu şöbəsi Sülh Məhkəməsinin qərarını yekun hesab edərək “şikayətin rədd edilməsi haqqında qərar” verdi.

Məsləhətləşdiyimiz vəkillər bildirdilər ki, işi yenidən davam etdirmək üçün təxminən 5 aya yaxın vaxt lazımdır. Bu müddət ərzində psixoloji təzyiqlərə, peyvənd, tibbi sığorta kimi çoxsaylı problemlərə dözməklə yanaşı, həm də analıq məzuniyyəti ilə əlaqədar sığortam və iş yerim tərəfindən təzyiqlərə məruz qalmışam və indi mənə cəmi bir həftə vaxt veriblər.

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …