Cümə , Avqust 28 2026
azfa

ABŞ Nyu-Yorkda İran nümayəndə heyətinə məhdudiyyətlər tətbiq edəcəyini deyir

GADTB: ABŞ Dövlət Departamenti bu ay BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək İran nümayəndə heyətinə qarşı yeni məhdudiyyətləri tətbiq etməyi nəzərdən keçirir.

“Associated Press”in məlumatına görə, Dövlət Departamentinə aid sənədə istinadla bildirilib ki, gözlənilən dəyişikliklər çərçivəsində İran nümayəndə heyətinin Nyu-York şəhərindən kənara çıxmasına və bəzi kommersiya obyektlərinə, xüsusilə də topdansatış mağazalarına daxil olmasına qadağa qoyula bilər.

Sözügedən məhdudiyyətlər arasında “Casco” və “Sams Club” kimi Amerikanın tanınmış topdansatış şəbəkələrindən alış-veriş etmək imkanının ləğvi də yer alır.

“Associated Press”in məlumatına görə, bu mağazalar uzun illərdir İran diplomatlarının əsas alış-veriş məkanlarından biri olub.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …