Güney Azərbaycanın Tikantəpə şəhərində “Aşıqlar” festivalı keçiriləcək

GADTB: 2025-cü il sentyabrın 11-də Güney Azərbaycanın Tikantəpə şəhərinin Çəmligöl bölgəsində aşıq musiqisi sənətçiləri, mədəniyyət və incəsənət həvəskarlarının iştirakı ilə “Aşıqlar” festivalı keçiriləcək.

Şifahi rəvayətlərdə və aşıq şeirlərində Koroğlunun doğulduğu bölgə kimi bəhs edilən yerlərdən biri də Tikantəpənin Çəmligöl ərazisidir.

Bu baxımdan festivalın burada keçirilməsinin xüsusi əhəmiyyəti var.

Məlumatlara görə, proqramda müxtəlif aşıq qrupları ənənəvi musiqi və epik hekayələr ifa edəcək, bundan başqa, bölgənin mədəni və bədii irsini daha yaxşı tanıtmaq üçün konfrans çərçivəsində ixtisaslaşdırılmış sessiyalar və yan sərgilər də hazırlanacaq.

Çəmligöl Azərbaycanın heyrətamiz təbii möcüzələrindən biri sayılır. Bölgədə təxminən 80 kvadratmetr sahəsi olan üzən ada yerləşir. Bölg xalqı buranın məşhur əfsanəvi qəhrəman Koroğlunun doğulduğu yer olduğuna inanırlar və burada Koroğlu qalası, qırat və duratın tövlələri kimi turistik önəmə sahib yerlər var.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …