Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

SEPAH Britaniyada onlayn şəbəkə qurur

GADTB: SEPAH-a bağlı qrupların Britaniyada gizli şəkildə adam topladığı üzə çıxıb. “Ekspress” qəzetinin məlumatına görə, onlar sosial şəbəkələr vasitəsilə əsasən Yaxın Şərq və Şərqi Avropadan olan şəxslərlə əlaqə quraraq, Britaniyada gizli fəaliyyət göstərə biləcək adamlar cəlb edirlər.

Bu şəxslərin vəzifəsi mühacirətdə yaşayan İran müxaliflərini izləmək, qorxutmaq və təzyiq göstərməkdir. İzləmə və təqib işi elə təşkil olunur ki, İran hökuməti məsuliyyəti inkar edə bilsin.

Britaniyanın təhlükəsizlik xidməti MI5 bildirib ki, 2022-ci ildən bəri İrana bağlı qrupların ölkədə həyata keçirməyə hazırlaşdığı 20 təhlükəli planın qarşısı alınıb.

Britaniyanın terrorla mübarizə polisinin sözçüsü isə İranı “Britaniya küçələrində zorakılığa dəstək verən” ölkə adlandıraraq, bu təhdidin davamlı olduğunu vurğulayıb. / Azad İran

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …