Molla rejimin qurutduğu Urmiya gölündə duz fırtınası meydana gəlir- Video

GADTB: İrqçi fars-molla rejimin qurutduğu Urmiya gölündə duz fırtınası meydana gəlib. Artıq böyük bir ərazi təhdid altındadır.

Quruyan gölün duz yatağında əsən küləklər duzlar göyə qaldırıb və şəhərlər, eləcə də əkin ərazilərin səpməklə böyük fəlakətə səbəb olur.

Mütəxəssislər əvvəlcədən xəbərdarlıq etmişdilər ki, gölün quruması duz fırtınalarına səbəb ola , bölgədə insan həyatı və kənd təsərrüfatı üçün təhlükə yarada bilər.

Aparılan araşdırmalara görə, bu tufanlar duz hissəciklərini yaxınlıqdakı şəhər və kəndlərə daşıyaraq sakinlər arasında müxtəlif xəstəliklərin, xüsusn xərçəng xəstəliklərinin yayılmasına səbəb olacaq.

Qeyd edək ki, son məlumatlara görə, Urmiya gölü tamamilə quruyub və peyk görüntülərində müşahidə olunmur.

Molla rejimi Urmiya gölünə axan çaylarında qarşısında bənd tikmək, bu ərazidə çox su tələb edən məhsulların əkinini yayqınlaşdırmaqla gölü qurudub.

Video:

https://t.me/GADTB1/45006

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …