Cümə axşamı , Oktyabr 15 2026
azfa

Xameneyinin müşaviri yenə Azərbaycana qarşı əsassız iddialar irəli sürdü

GADTB; İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanın avropalı ravvinlərin toplantısına ev sahibliyi etməsi barədə yayılan xəbərlərə münasibət bildirib. O, bunu “anti-İslam” addımı adlandıraraq, “müsəlman ölkəsində avropalı ravvinlərin iclası” barədə xəbərin doğru olmamasına ümid etdiyini deyib.

Vilayəti açıqlamasında hətta Azərbaycanın tarixini təhrif edərək, guya xalqın İrana qayıtmağa cəhd etdiyini və Azərbaycanın İrana bağlılığı iddiasını vurğulamağa çalışıb. O, bu görüşün məqsədini “İbrahim razılaşmalarını genişləndirmək” kimi qələmə verib.

Eyni zamanda, İran rəsmisinin “Azərbaycan xalqı bu görüşdən narazı qalacaq” iddiası da reallıqdan uzaqdır. Azərbaycan xalqı dövlətinin müstəqilliyini, dini-etnik müxtəlifliyini və tolerantlıq ənənələrini dəstəkləyir.

Vilayətinin ittihamları, əslində, İranın bölgədə getdikcə azalan təsirini gizlətmək cəhdindən başqa bir şey deyil./Azad İran

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …