Cümə , Avqust 28 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı vəkilin həyatının təhlükədə olması barədə müraciət

GADTB: Molla rejimin həbs etdiyi azərbaycanlı vəkil Tahir Nəqəvinin müalicəsində təxirə salınması onun həyatını təhlükəyə salır.

Evin zindanında həbsdə olan iki vəkil Seyid Məhəmməd Rza Fəqihi və Məhəmməd Nəcəfi Vəkillər Kollegiyasına və Məhkəmənin Hüquqşünaslar və Məsləhətçilər Mərkəzinə ünvanlanmış məktubda həmkarları Tahir Nəqəvinin ağır fiziki vəziyyəti ilə bağlı xəbərdarlıq edib və onun dərhal ixtisaslaşmış tibb mərkəzlərinə köçürülməsini tələb ediblər.

Məktubda Tahir Nəqvinin 2024-ci il fevralın 6-dan Evin zindanında olduğu və “onurğa sütununun 7, 9, 10 və 11-ci fəqərələrinin sınığı və kəskin prostat xəstəliyi” səbəbindən təcili əməliyyata və müalicəyə ehtiyacı olduğu bildirilir.

“Cinayət Prosessual Məcəlləsinin 522-ci maddəsində aydın şəkildə qeyd olunur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin həbsxanadan kənarda müalicə edilməsi zəruri olarsa, hökmü icra edən hakim məhkəmənin hökmünün icrasını  təxirə salmalıdır.” – deyə məktubda bildirilib.

Həmin vəkillər Evin həbsxanasında lazımi tibbi imkanların olmadığını da vurğulayıblar.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …