Cümə axşamı , Oktyabr 15 2026
azfa

İstanbulda TEKNOFEST festivalı keçirilir

GADTB: Türkiyənin ən böyük texnologiya festivalı TEKNOFEST sentyabrın 17-də İstanbulda ziyarətçilərin üzünə qapılarını açdı. Tədbir İstanbul Atatürk Hava Limanında Türkiyə Texnologiya Komandası (T3) Vəqfi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunub.

TEKNOFEST 2018-ci ildən bəri dövlət qurumları, özəl sektor tərəfdaşları və universitetlərin dəstəyi ilə hər il keçirilir. Hər il yenilənən yarışma kateqoriyaları ilə diqqət çəkən festival bu il 58 əsas tədbir və 137 alt kateqoriyadan ibarətdir.

Dünyanın müxtəlif ölkələrindən qatılan iştirakçılar burada texnologiyanın inkişafı üçün mühüm nailiyyətlər əldə edir və biliklərini paylaşırlar.

TEKNOFEST təkcə texnologiya yarışmaları ilə deyil, həmçinin müxtəlif hava şouları, sərgilər, seminarlar, simulyasiya zonaları, planetarium, ticarət sərgisi və tələbələr üçün xüsusi uçuş tədbirləri ilə də ziyarətçilərə maraqlı proqramlar təqdim edir.

Festival 21 sentyabra qədər davam edəcək.

TEKNOFEST indiyədək iki dəfə xaricdə – Azərbaycanda və Şimali Kipr Türk Respublikasında da təşkil olunub. Festivalın dəniz versiyası olan “Mavi Vətən” isə ötən ay İstanbulda keçirilib.

Keçən il Türkiyənin cənubundakı Adanada keçirilən TEKNOFEST təxminən 1,1 milyon ziyarətçi qəbul edib. Ümumilikdə isə indiyədək festivalı təxminən 11 milyon insan ziyarət edib.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …