“Tanrıya” adlı azərbaycanlı körpəyə 100 gün mübarizədən sonra doğum şəhadətnaməsi almaq mümkün olub

GADTB: Təbrizdə 100 gün davam edən hüquqi mübarizədən sonra Hadi Əlipurun ailəsi övladlarına “Tanrıya” adına doğum şəhadətnaməsi ala biliblər.

Azərbaycanlı körpənin atası Hadi Əlipur Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz 2025-ci il iyunun 8-də dünyaya gəlib və biz ona Tanrıya adını seçdik. Tanrıya “Tanrıya doğru” və ya “Allah üçün” deməkdir. Lakin Təbrizdəki vətəndaşlıq qeydiyyatı rəsmiləri bildiriblər ki, bu ad türkcə olduğu və  vətəndaşlıq qeydiyyatı ad sistemində olmadığı üçün seçilə bilməz. Biz adın mənasını, əhəmiyyətini nə qədər izah etsək də onlar buna əhəmiyyət vermədilər. Ona görə biz məsələ ilə bağlı məhkəməyə şikayət etdik. Nəhayət, avqustun 20-da Təbriz Sülh Məhkəməsinin altıncı şöbəsi Vətəndaşlıq Qeydiyyatı İdarəsini mühakimə etdi və ona “Tənriyə” üçün doğum haqqında şəhadətnamə verməyi əmr etdi.” – Hadi Əlipu bəy bildirib.

Məhkəmə Vətəndaşlıq Qeydiyyatı İdarəsinin valideynlərin seçdiyi ada müdaxiləsini “qanunun ruhuna zidd” hesab edərək qeyd edib ki, “Vətəndaşlıq vəziyyəti aktları haqqında” Qanunun 20-ci maddəsinin 2-ci qeydinə əsasən, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanının vəzifəsi sadəcə qadağan olunmuş adların müəyyən edilməsidir.

Buna baxmayaraq, Təbriz Vətəndaşlıq Dairəsi Tehranla yazışma bəhanəsi ilə doğum haqqında şəhadətnamənin verilməsinə daha 29 gün maneçilik törətməkdə davam etdi və nəhayət, 100 gündən sonra “Tanrıya” adını qeydə aldı.

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …