Çərşənbə , Avqust 26 2026
azfa

İş adamı Əli Poladın təşəbbüsü ilə İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Özbəkistandan olan 3 min aşıqdan ibarət ensiklopediya hazırlanıb

GADTB: Əslən Tərizdən olan iş adamı Əli Poladın təşəbbüsü ilə İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Özbəkistandan olan 3 min aşıqdan ibarət ensiklopediya hazırlanıb.

Əli Polad “Azərəncümən”ə müsahibəsində Azərbaycanın tarixi və mədəniyyəti sahəsindəki geniş fəaliyyəti haqqında danışıb.

Əli Polad aşıq sənətinin daha yaxşı anlaşılması üçün bu sahədə 2 kitab yazdığını və 280 aşığa payladığını bildirib.

O, sözlərinin davamında İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Özbəkistandan olan 3 min aşıqdan ibarət ensiklopediya hazırladıqlarını qeyd edib. Onun sözlərinə görə, topluda bu bölgələrdən olan qocaman aşıqların adları toplanıb. Əli Polad deyib: “Son 7 ildə mən aşıq sənətini canlandırmaq üçün bir milyon dollardan çox vəsait xərcləmişəm və 72 aşığın səsini 1500 efirdən və ya səhnədən ucalda bilmişəm.”

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …