İran Nətənz yaxınlığında nüvə obyekti tikir

GADTB: İyun ayında ABŞ və İsrailin hava hücumları İranın nüvə infrastrukturunun çox hissəsini məhv etdikdən sonra “Maxar” peyk görüntüləri Tehranın İranın mərkəzi İsfahan əyalətində yerləşən Nətənz şəhəri yaxınlığındakı gizli ərazidə tikinti işlərini genişləndirdiyini göstərir.

İranın əvvəlki nüvə obyektlərindən daha dərində yerləşən yeraltı obyekt, çox güman ki, gələcəkdə yeni tunellər, qoruyucu divarlar və ərazidəki ağır avadanlıqlarla hücumlardan qorunacaq.

Washington Post isə yazır ki, İran yeraltı nüvə obyektini genişləndirir”.

ABŞ və İsrailin birgə zərbələrindən sonra İran Nətənz şəhəri yaxınlığında strateji əhəmiyyətli yeni yeraltı kompleksin tikintisini sürətləndirib. Washington Post qəzetinin peyk görüntüləri və ekspert rəylərinə əsaslanaraq yaydığı məlumata görə, Küləng dağı altında inşa edilən bu obyekt daha əvvəl bombalanmış Fordo nüvə obyektindən də dərin yerləşir.

Analitiklərin qiymətləndirməsinə görə, obyektin dərinliyi 70-100 metr arasında dəyişir. Yeni obyektin bu qədər dərin tikilməsi onun hava zərbələrinə qarşı daha dayanıqlı olması ilə izah olunur.

Ekspertlər vurğulayıb ki, bu tikinti İranın nüvə proqramını davam etdirmək və eyni zamanda xarici müdaxilələrə qarşı əlavə təhlükəsizlik təmin etmək məqsədi daşıyır.

Washington Post-un məlumatına əsasən, bu kompleksin nə zaman tam hazır olacağı və hansı məqsədlə istifadə ediləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …