Cümə axşamı , Sentyabr 17 2026
azfa

Zəncanda Qaşqay fəal Aydın Müttəhidpur 4 saat dindirilib və mobil telefonu ilə səsi yazılıb

GADTB: Türk şair və yazıçı Aydın Müttəhidpur (Əliəsğər Müttəhidpur) çərşənbə axşamı Zəncanda molla rejimin qüvvələrinin təzyiqlərinin hədəfinə çevrilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat qüvvələri fəalın mədəni fəaliyyətləri olan kafeyə basqın edərək onun mobil telefonunu müsadirə ediblər. Əmcədiyə kəsişməsində dörd saatlıq sorğu-sualdan sonra onu telefonunun parolunu daxil etməyə məcbur etdilər və sərbəst buraxdılar. Azadlığa çıxmasına baxmayaraq, şairin mobil telefonunun geri qaytarılmasından hələ də xəbər yoxdur.

Şəxsi həyat hüququnun açıq şəkildə pozulması kimi qiymətləndirilən bu hərəkət onun şəxsi təhlükəsizliyi və mədəni fəaliyyəti ilə bağlı narahatlığı artırıb. Müttəhidpur 1984-cü ildə anadan olub və iyirmi ildir türk və fars şeiri sahəsində fəaliyyət göstərir və bundan əvvəl rejimin təzyiqləri və təhdidləri səbəbindən məmləkətini tərk etmək məcburiyyətində qalıb.

Həmçinin yoxlayın

İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir

GADTB: Molla rejimin kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum …

Sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət etdi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …