
GADTB: Asia Elit Liqasının oyunları çərçivəsində Güney Azərbaycanın “Traxtur” komandası Birləşmiş Ərəb Əmirliklərinin “Əlvəhdə” komandası ilə yarışıb.
Yarış sentyabrın 29-u yerli vaxtla 19:30-da Təbrizin Yadiqari İmam (Səhənd) stadionunda keçirilib.
“Traxtur”un üstünlüyü şərayitində keçirilən oyun 0:0 bərabərliklə nəticəsi ilə başa çatıb.
Traxturun baş məşqçisi Draqan Skoçiç, nəticədən narazı olduğunu bildirsə də, “Traxtur” oyunçularının çıxışını yüksək qiymətləndirib, qarşıdakı görüşlərdə qələbə qazanacaqlarına əmin olduğunu bildirib.
100 minə yaxın azərbaycanlı tərəfdarın toplaşdığı stadionda ənənəvi milli şüarlar, o cümlədən “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarı səsləndirildi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi