Bazar , Noyabr 29 2026
azfa

İngiltərə BMT-nin sanksiyaları ilə eyni vaxtda İrana qarşı yeni sanksiyalar tətbiq edib

GADTB: Britaniya Tehranın nüvə proqramının qarşısını almaq səyləri çərçivəsində İranla əlaqəsi olan 71 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Sanksiyalar İranın yüksəkrütbəli nüvə rəsmilərini, həmçinin əsas maliyyə və enerji qurumlarını hədəfə alıb.

Yeni sanksiyalara aktivlərin dondurulması, maliyyə məhdudiyyətləri və siyahıda olanların ölkəyə girişinə qadağalar daxildir.

Londonun bu qərarı BMT və Aİ tərəfindən görülən oxşar tədbirlərdən sonra verilib.

BMT əvvəllər İrana silah embarqosunu və bir sıra digər məhdudiyyətləri bərpa edib. İran rəsmiləri xəbərdarlıq ediblər ki, istənilən bu cür addımlar “cavab tədbirləri” ilə qarşılanacaq.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …