Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı fəal Əlirza Fərşi məzuniyyəti bitdikdən sonra Mərənd zindanına qayıdıb

GADTB: Oktyabrın 14-də həbsxanadan məzuniyyətə göndərilən Azərbaycan Milli Hərəkatı fəalı Əlirza Fərşi məzuniyyəti bitdikdən sonra 22 oktyabrda Mərənd Mərkəzi Həbsxanasına qayıdıb.

Əlirza Fərşiyə Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsi tərəfindən 8 aylıq həbs cəzası verilib.

Əlirza Fərşi Mərənd şəhərində yaşadığı üçün Tehran əyalətinin Baharestan Prokurorluğunda məhkəməsinin keçirilməsinə dəfələrlə etiraz etmişdi.

“Bir ildir ki, Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin sakini olsam da məhkəmə işini Tehranın Baharestan Prokurorluğunda araşdırmağa haqqınız yoxdur.” – deyə o sosial media paylaşımında bildirmişdi.

Qeyd edək ki, Əlirza Fərşi 8 fevral 2023-ci ildə 4 il həbs cəzası çəkdikdən sonra Evin həbsxanasından azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …