Cümə axşamı , Oktyabr 15 2026
azfa

Tamay: “Atamın səsi olun, qoymayın səsimizi boğsunlar…” – Video

GADTB: Azərbaycanlı fəal və idmançı Kərim İsmayılzadənin qızı Tamay İsmayılzadə qısa bir videoda Azərbaycan xalqına müraciət edərək bildirib: “Atamın səsi olun, qoymayın səsimizi boğsunlar…”

Tamayın sözlərinə görə, onun atasının yeganə “günahı” həqiqəti sevməsi və xalqının ağrılarından danışmasıdır.

Məlumata əsasən, Kərim İsmayılzadə, Azərbaycanın tanınmış idmançılarından biri, 2025-ci il oktyabrın 18-də Təbrizdəki ümumi və inqilab prokurorluğunun 10-cu müstəntiq şöbəsində ifadə verdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbrizdə Kəşfiyyat İdarəsinin saxlanma məntəqəsinə aparılıb.

Bu hadisədən üç gün əvvəl, mehr ayının 23-də, o, “Səna” elektron sistemi vasitəsilə beş gün ərzində irəli sürülən ittihamlarla bağlı özünü müdafiə etməsi üçün çağırış almışdı.

Həmin sənəddə ona qarşı “ictimai fikri çaşdırmaq məqsədilə yalan məlumat yaymaq” və “rejimə qarşı təbliğat aparmaq” kimi ittihamlar irəli sürülüb.

https://t.me/GADTB1/45857

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …