Çərşənbə , Oktyabr 14 2026
azfa

Təbrizdə əməkhaqlarının azlığına etiraz edən işçilər tətilə başlayıblar – Video

Təbriz şəhərində yerləşən ahıllar evinin işçiləri əməkhaqlarının artırılması tələbinə hökumət tərəfindən müsbət cavab verilməməsi səbəbindən işi dayandırıblar.

Şərqi Azərbaycan ahıllar İdarəsinin bir qrup işçisi, hakimiyyət orqanlarının diqqətini tələblərinə cəlb etmək üçün etiraz aksiyası keçiriblər.

Bu etirazın səbəbinin aylıq əmək haqqından narazılıq və işçilərin cəzalandırılmasında ayrı-seçkilik hissi olduğu bildirilir.

Etiraz edən işçilər hakimiyyət orqanlarından qanuni tələblərinə tez bir zamanda cavab vermələrini və mövcud ayrı-seçkiliyi aradan qaldırmalarını tələb edirlər.

https://t.me/GADTB1/45920

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …