Fars mediası Savalan dağının əsil adının qaytarılmasından qəzəblənib

GADTB: İrqçi fars-molla rejimin və farsrasistlərinin media orqanları Savalan dağının əsil adının qaytarılmasından qəzəblənib.

Farslar tərəfindən təhrif olunmuş “Səbəlan” adı əvəzinə tarixi ad olan Savalanın istifadə edilməsi ilə bağlı son qərar fars rasistlərini qəzəbləndirib.

İrqçi fars-molla rejimə və şahçılara yaxın media orqanları və şəxslər son günlərdə bu türk adının bərpasından narazılıqlarını bildirib və buna qarşı sərt yazılar dərc ediblər.

Savalan Azərbaycan türk millətinin mədəniyyətində və miflərində xüsusi yer tutsa da, irqçi farslar onun orijinal adının istifadəsini “adın təhrif edilməsi” kimi qiymətləndirir və onun tarixi və mədəni köklərini inkar etməyə çalışırlar.

Azərbaycan mədəniyyət ekspertləri və milli fəalları hesab edirlər ki, bu etirazlar mərkəzçi hərəkatların Azərbaycan türk xalqının öz kimliyinə qayıdacağı qorxusunu əks etdirir.

Qeyd edək ki, Ərdəbildən olan fəalların dəfələrlə etdiyi xahişlərdən sonra ötən həftə Ərdəbil qubernatorluğunun siyasi müavininin rəhbəri İbrahim İmami məsələyə münsaibət bildirərək deyib: “Bu dağın orijinal adı Savalandır, Pəhləvi dövründə Səbəlan olaraq dəyişdirilib və indi əyalət əhalisinin tələbinə əsasən onun qaytarılması gündəmdədir.”

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …