Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

BMT nümayəndəsi: “İran insan haqları böhranını dərinləşdirir”

GADTB: Dünən BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato xəbərdarlıq edib ki, İslam Respublikası son aylarda edamların çoxalması, sərhədyanı repressiyalar və vətəndaş cəmiyyətinə təzyiqlərlə “insanlığa qarşı cinayətlər” mərhələsinə keçib.

Sato Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının Üçüncü Komitəsində çıxış edərək bildirib ki, İran xalqı həm xarici hücumların, həm də hökumətin daxili repressiyalarının qurbanına çevrilib. O, xüsusilə iyun ayında İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra ölkədə “kütləvi həbslərin və edamların artdığını” vurğulayıb.

Məruzəçi “yeni casusluq qanunu”nun qəbulunu və ictimai fəallara qarşı artan təqibləri sərt tənqid edərək bildirib ki, bu addımlar cəmiyyətin boğulmasına yönəlib.

May Sato İsrailin İranın hərbi və nüvə obyektlərinə hücumlarının bölgədə insan və ekoloji fəlakət riski yaratdığını qeyd edib. / Azad İran

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …