Çərşənbə , Oktyabr 14 2026
azfa

Evin həbsxanasında aclıq aksiyasını dayandırmaq üçün azərbaycanlı məhbuslarla danışıqlar olub

GADTB: Evin həbsxanasının rəhbərliyi aclıq aksiyasında olan azərbaycanlı siyasi məhbuslarla danışıqlar aparır və onların tələblərini araşdırır. Məlumata əsasən, məhbuslardan biri – Salar Tahir Əfşar aclıq aksiyasını dayandırıb.

Bildirilir ki, bu danışıqlar bir neçə dəfə baş tutsa da, hələlik konkret nəticə verməyib və məhbuslara təzyiq davam edir.

Qeyd edək ki, bir neçə gün öncə aclıq aksiyasına başlayan azərbaycanlı fəallar – Vədud Əsədi, Məhəmməd Ocaqlu, Mürtəza Pərvin, Ayaz Seyfxah, Əbdüləziz Əzimiqədim və Tahir Nəqəvi – cəza tədbiri kimi Evin həbsxanasının təkadamlıq kameralarına köçürülüblər. Bu addım onların üzərinə əlavə təzyiq kimi qiymətləndirilir.

Son iki il ərzində həmin fəallar müxtəlif saxtaittihamlarla ümumilikdə 100 ildən artıq həbs cəzasına məhkum ediliblər. Onların yaydığı bəyanatda deyilir ki, qanunsuzluqlara və məhkəmə ədalətsizliyinə etiraz edənlər ağır cəzalarla susdurulur, əvəzində qanunsuzluqlara yol verən məsul şəxslərdən hesabat tələb olunmur.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …