Çərşənbə , Oktyabr 14 2026
azfa

Qoşaçaylı Traxtur tərtəfdarı Tohid Xadimi həbs edilib

GADTB: Traxtur futbol klubunun Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandoab) şəhərindən olan tərəfdarə Tohid Xadimi molla rejimin qüvvələri tərəfindən saxlanılıb.

Xadimin yaxınlarının verdiyi məlumata görə, o, 10 gündən artıqdır ki, təhlükəsizlik orqanları tərəfindən həbs edilib. Hazırkı ana qədər onun hansı ittihamla və harada saxlanıldığı barədə dəqiq məlumat yoxdur.

Məlumata əsasən, oktyabr ayının son günlərində Qərbi Azərbaycan vilayətində ən azı 20 başqa türk fəal da, kürd silahlı dəstələrinə bağlı şəxslərin açıq fəaliyyəti ilə bağlı tənqidi paylaşımlar etdiklərinə görə, saxlanılıb. Eyni zamanda, bir sıra türk fəalların təhlükəsizlik qurumları tərəfindən telefonla hədələndiyi və mövzu ilə bağlı paylaşımları davam etdirdikləri təqdirdə həbs olunacaqları bildirilib.

Milli-mədəni fəallara yaxın mənbələr qeyd edir ki, adıçəkilən kürd qrupları bölgədə SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) və İranın Kəşfiyyat Nazirliyinin dəstəyi ilə açıq fəaliyyət göstərirlər. Lakin bu durumu tənqid edən türk fəallar isə təzyiq, istintaqa çağırılma və həbslərlə üzləşirlər.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …