
GADTB: Hazırda 19-cu günündə aclıq aksiyasında olan azərbaycanlı fəal Tahir Nəqəvi, son günlər bəzi fəallardan sağlamlığını qorumaq üçün aksiyanı dayandırması barədə xahişlər almışdı. Nəqəvi isə açıqladığı bəyanatda həm dəstək göstərənlərə təşəkkürünü bildirib, həm də narahatlıq ifadə edən hər kəsdən üzr istəyərək acıqlıq aksiyasını son nəfəsinə qədər davam etdirəcəyini bəyan edib.
Bəyanatda qeyd olunur:
“Sağlamlığımı qorumaq üçün aclığı dayandırmağımızı xahiş edən bütün dəyərli insanlara təşəkkür edirəm. Həyatımın sonuna qədər davam etmək çətin olsa da, bəzən bütün varlığın, danışığın, qələm və məntiqin sənin ağrını, hüququnu ifadə edə bilmirsə, insan ölü bədəni ilə hakimiyyət sahiblərinə danışmağa məcbur olur. Son həftələrdə bu vətənin gəncləri — o cümlədən Əhməd Baldi Əhvazda, Fəvaz Şəms Kərc və Şahu Səfəri Senəndicidə — elə buna cəhd etdilər ki, ömür boyu yuxuda olan vicdanları oyatsınlar.”
Naqvi aclıq aksiyasının səbəbini belə izah edib:
“İnsanların öz həyatına son qoyması, dövlətin və hakimiyyətin fəaliyyətinə ümidsizlik, yaşamaq üçün yolların bağlanması, hüquqların alınmasının mümkün olmaması və məhkəmə sisteminə inamsızlıq deməkdir. Ədalət çəkicinin insanların boğulması üçün masaya vurulduğu yerdə, yalnız bədən deyil, ruh da yanır.”
Fəal vurğulayıb ki, bu torpağın və onun övladlarının xilası yalnız ədalətin bərqərar olunması, hər cür ayrı-seçkiliyin aradan qaldırılması, hüquqların bərabər şəkildə təmin edilməsi və saxta işgüzar və hüquqi təzyiqlərin dayandırılması ilə mümkündür.
Nəqəvi bəyanatını belə yekunlaşdırıb:
“Narahat olan hər kəsdən üzr istəyirəm, aclıq aksiyamı həyatımın sonuna qədər davam etdirəcəyəm ki, dilimlə çatdıra bilmədiyim haqq sözlər, ölü bədənimdən eşidilsin.”
Tahir Naqvi
Evin Həbsxanası
Aclıq aksiyasının 19-cu günü
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi