Cümə axşamı , Sentyabr 17 2026
azfa

“Yaşasın Türk Milləti” şüarı ilə şagird özünüidarəetmə şurası seçkilərində birinci oldu – milli oyanışın açıq göstəricisi – video

GADTB: Güney Azərbaycanda bir məktəbində keçirilən şagird özünüidarəetmə şurası seçkilərində “Yaşasın Türk Milləti” şüarı ilə iştirak edən bir şagird ən yüksək səsi toplayaraq birinci yerin qalibi olub.

Bu hadisə sadə bir məktəb seçkisindən daha çox, yeni nəslin arasında formalaşan dərin ictimai və kimlik dönüşümünün göstəricisi kimi qiymətləndirilir. Uzun illər Azərbaycan türklərinin kimliyini təhrif etməyə və mədəni reallıqlarını gözardı etməyə yönəlmiş siyasətlər, görünür ki, bu oyanmış və özünüdərk edən nəsil qarşısında təsirsiz qalıb. Artıq yeniyetmələr öz milli kimliklərini çəkincə və gizlətmədən, açıq şəkildə ifadə edirlər.

Son illərdə müstəqil mədəni və media təşəbbüsləri tərəfindən tarixi həqiqətin və kimlik ləyaqətinin bərpası üçün aparılan fəaliyyətlər də öz nəticəsini göstərməkdədir. Bu məktəbdə yaşanan hadisə, cəmiyyətin orijinal kimlik hekayəsinə şüurlu dönüşünün parlaq bir nümunəsi kimi dəyərləndirilir.

https://t.me/GADTB1/46605

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …