Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Qərbi Azərbaycanda SEPAH-ın PKK-ya aid edildiyini dediyi silah və partlayıcı maddə kəşf edilib

GADTB: SEPAH Quru Qoşunlarının Həmzə qərargahı Urmiyənin Tərgur sərhəd bölgəsində böyük həcmdə silah, sursat və partlayıcı maddələr ələ keçirdiyini iddia edib. Məlumat yalnız İran rejiminin təhlükəsizlik qurumlarının açıqlamasına əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.

Rejimin mediasının yaydığı məlumata görə, SEPAH-ın bəyanatında müsadirə olunan yükün 198 ədəd partlayıcı qurğu və çoxlu sayda hərbi təchizatdan ibarət olduğu bildirilir. Paylaşılan görüntülərdə isə yalnız terror təşkilatı PKK-nın adı görünür. İddiaya əsasən, bu sursatlar ölkə daxilinə keçirilmək məqsədi daşıyıb.

Qeyd edək ki, son illərdə Qərbi Azərbaycan bölgəsində silahlı qrupların terror hərəkətləri yerli əhalinin narazılığı ilə müşayiət olunub. Bu cür fəaliyyətlər bölgə sakinlərinin təhlükəsizliyini təhdid etməklə yanaşı, etnik nifrət yaratmaq, Azerbaycan əhalisi arasında parçalanma törətmək və nəticə etibarilə İran rejiminin kolonial hakimiyyət strukturunu gücləndirmək üçün zəmin yaradır.

Həmçinin yoxlayın

ABŞ SEPAH-ın beş əsas komandiri barədə məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib

GADTB: ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı SEPAH-ın bir sıra əsas komandirləri barədə məlumat …

“Traxtur” komandası “Perspolis”ə qalib gəlib

GADTB: “Traxtur” komandası İran futbol üzrə Premyer Liqasının üçüncü turunun ən prinsipial qarşılaşmasında Təbrizin Səhənd …