Təbriz Şəhər Şurasının “Koroğlu” ilə bağlı çıxışı narazılıq doğurdu: Türk kimliyinə qarşı yönəlmiş yanaşma kimi qiymətləndirilir – Video

GADTB: Təbriz Şəhər Şurasının üzvü Həkimə Qəfurinin “Koroğlu” tamaşası ilə bağlı son açıqlamaları sənət və mədəniyyət cameəsində geniş etirazlara səbəb olub. Azərbaycanın ən önəmli mədəni və qəhrəmanlıq simvollarından biri olan Koroğluya yönəlmiş bu mövqe, bir çoxları tərəfindən türk kimliyinə qarşı düşmənçilik nümunəsi kimi qiymətləndirilib.

Qəfuri “Şəhəragah” xəbər portalına açıqlamasında iddia edib ki, tamaşanın icazəsinə görə məsuliyyət Mədəniyyət və İrşad İslamiyyə İdarəsinin üzərindədir və həmin qurumun rejissorla “müdaxilə edib tədbir görməsi” lazımdır. O hətta “rejissorun uyğunluq səlahiyyəti ləğv edilməlidir” kimi sərt ifadələr işlədib.

Müşahidəçilər bildirirlər ki, bu açıqlamalar yalnız “Koroğlu”nun tarixi və mədəni dəyərindən xəbərsizlik deyil, həm də bəzi rəsmi şəxslərin Azərbaycanın mədəni irsinə qarşı sərgilədiyi ədavətin açıq göstəricisidir.

Məsələnin mahiyyəti “icazə məsələsi” deyil, bəzi dövlət qurumlarının Azerbaycanın milli-mədəni dəyərlərinə siyasi və ideoloji baxışla yanaşmasıdır. “Koroğlu” min illərdir türk ədəbiyyatı, aşiq sənəti və xalq yaddaşının ayrılmaz hissəsi olub. Bu mirası məhdudlaşdırmağa çalışmaq təkcə mədəniyyətə hörmətsizlik deyil, həm də toplumun kimlik yaddaşını hədəfə alan bir siyasət kimi dəyərləndirilir.

Bu hadisə bir daha göstərdi ki, rəsmilərin mədəni və siyasi həssaslıqdan uzaq qərarları ictimai narazılıq, kimlik gərginliyi və gənc nəsillə mədəniyyət arasında uçurum yarada bilər.

https://t.me/GADTB1/46773

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …