Cümə , İyul 17 2026
azfa

“Bloomberg”: Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər

GADTB: Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.

Bu barədə “Bloomberg“ adı açıqlanmayan məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Ermənistan və Türkiyə Xarici İşlər nazirlikləri “Bloomberg“in məsələ ilə bağlı sorğusuna cavab verməyib.

Anonim mənbənin məlumatına görə, Ermənistanın Azərbaycanla diplomatik münasibətlərdə əldə etdiyi irəliləyiş və Türkiyə ilə quru sərhədlərinin açılması Baş nazir Nikol Paşinyana gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində kömək edə bilər.

Mənbə qeyd edib ki, Paşinyan seçkilərdə qalib gəlsə, Azərbaycan Prezidenti onunla sülh müqaviləsi barədə yekun razılığa gələ bilər.

Yalnız bundan sonra Türkiyə Ermənistana səfir təyin edəcək və diplomatik münasibətləri bərpa edəcək.

Həmçinin yoxlayın

Tanker Trackers: ABŞ İran İslam Respublikasına məxsus mazutla yüklənmiş neft tankerini saxlayıb

GADTB: SENTKOMun Oman körfəzində M/T “Ven Yao” neft tankerinin saxlanılması və yoxlanılması ilə bağlı məlumatından …

SENTKOM: ABŞ altıncı gecə ardıcıl olaraq İran İslam Respublikası rejiminin onlarla hərbi mövqeyinə zərbələr endirib

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) bildirib ki, ölkənin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi …