Cümə , İyul 17 2026
azfa

Ehsan Fəridinin edam hökmünə etiraz etdiyinə görə azərbaycanlı vəkilə “ictimai rəyi çaşdırmaq” ittihamı irəli sürülüb

GADTB: Ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, cənubi azərbaycanlı hüquqşünas və hüquq müdafiəçisi Yılmaz Mehrəlibəyli 26 azar tarixində aldığı çağırış vərəqəsindən sonra Ümumi və İnqilab Prokurorluğunda olub. O, göndərilən bildirişə əsasən, prokurorluğun 1-ci dadyarlıq şöbəsində dindirilərək ifadəsi alınıb.

Ailəsinin bildirdiyinə görə, ona qarşı açılan yeni iş üzrə irəli sürülən ittiham “ictimai rəyi çaşdırmaq” kimi qeyd olunub. İttihama əsas səbəb isə azərbaycanlı tələbə və siyasi məhbus Ehsan Fəridinin edam hökmünə etiraz olaraq yayılmış petisiyanın dərc edilməsi göstərilib.

Yılmaz Mehrəlibəyli Güney Azərbaycanın tanınmış milli məsələlər üzrə fəallarından biridir. O və ailəsi illərdir türk və digər qeyri-fars xalqlarının milli hüquqlarını müdafiə etdiklərinə görə təhlükəsizlik qurumlarının təzyiqlərinə məruz qalırlar. 1400-cü ildə Vəkillər Kollegiyası ona vəkillik fəaliyyətinə icazə verilməsini də bloklamışdı.

Mehrəlibəyli bundan əvvəl də, 30 şəhrivər 1404 tarixində siyasi məhbusların vəziyyətini izlədiyi üçün Təbriz İnformasiya İdarəsi tərəfindən saxlanılmış və “rejimə qarşı təbliğat” və “ictimai rəyi çaşdırmaq” ittihamları ilə 14 gün həbsdə saxlanılmışdı.

Məlumata görə, onun yeni işi üzrə məhkəmə iclası bu gün günortadan sonra keçiriləcək.

Həmçinin yoxlayın

Böyük Britaniya: Sepaha dəstək və ya yardım 14 ilədək həbs, təxribat isə ömürlük həbs cəzası ilə nəticələnə bilər

GADTB: Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Sepahın daha əvvəl “Milli Təhlükəsizlik: Dövlət Təhdidləri” qanunu çərçivəsində …

Azərbaycan qırıcılarını havaya qaldırdı

GADTB: Azərbaycan Müdafiə Nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava …