Cümə axşamı , Sentyabr 17 2026
azfa

“Koroğlu” tamaşası 15 min tamaşaçı həddini keçdi – Azərbaycan teatrında rekord

GADTB: “Koroğlu” tamaşası geniş ictimai maraqla qarşılanaraq Azərbaycan teatrında yeni rekorda imza atıb və tamaşaçı sayı 15 min nəfəri keçib.

Bu uğur, bundan əvvəl Təbriz Şəhər Şurasının bəzi üzvləri tərəfindən irəli sürülən tənqidlərə və tamaşanın məhdudlaşdırılması yönündəki cəhdlərə baxmayaraq əldə olunub. Lakin tamaşa ətrafında yaradılmaq isənilən “həyəcan”a rəğmən, ictimaiyyətin böyük marağı göstərdi ki, Azərbaycan xalqı üçün mədəniyyət, sənət və tarixi irs hansı önəm daşıyır.

Təbriz və Azərbaycanın müxtəlif şəhərlərindən tamaşa salonlarına üz tutan seyrçilərin çoxluğu insanların öz milli kimliyi və mədəni dəyərləri ilə güclü bağlılığını bir daha ortaya qoyub. Məlumatlara görə, tamaşaya olan maraq getdikcə artır və “Koroğlu”nun son illərin ən çox izlənilən səhnə əsərlərindən birinə çevriləcəyi proqnozlaşdırılır.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …