İstanbulda Türk Dövlətləri Təşkilatının energetika nazirlərinin 5-ci iclası keçirilib

GADTB: İstanbulda Türk Dövlətləri Təşkilatının energetika nazirlərinin 5-ci iclası keçirilib.

İclasda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov təşkilatın dünyada geosiyasi mərkəzə çevrilməsi prosesində enerji əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb.

Nazir Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq, dəhlizin açılması istiqamətində mühüm addımların atıldığını bildirib. O, dəhlizin Türk dövlətləri arasında birliyi daha da dərinləşdirəcəyini qeyd edib:

“Bu dəhlizlərin yaradılması və perspektivdə bir-biri ilə əlaqələndirilməsi həm regional enerji ticarətini inkişaf etdirəcək, həm də qlobal bərpa olunan enerji axınlarını sürətləndirəcək. Bu layihələr ölkələrimizin Avropanın enerji təchizatındakı strateji mövqeyini daha da gücləndirərək Avrasiya məkanında enerji əməkdaşlığının yeni geoiqtisadi arxitekturasını formalaşdıracaq”, – deyə nazir bildirib.

Türkiyə enerji və təbii sərvətlər naziri Albarslan Bayraktar, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı olan COP31-in 2026-cı ilin noyabr ayında Antalyada keçiriləcəyini xatırladaraq, 29-cu konfransa ev sahibliyi edən Azərbaycanı təbrik edib və bütün iştirakçıları Antalyaya dəvət edib.

Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Türk dünyasına “Xəzər” təklifini irəli sürüb.

Orta Asiyada istehsal olunacaq bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Xəzərin qərb hissəsinə daşınmasını nəzərdə tutan “Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunan Bayraktar, enerjinin Türkiyə vasitəsilə Avropaya çatdırılmasında Xəzər dənizinin mühüm rol oynayacağını bildirib:

“Biz bu mövzuda Azərbaycan, Gürcüstan və Bolqarıstan ilə birlikdə çalışırıq. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan da öz aralarında müvafiq razılaşma imzalayıblar.

Türkiyə və Qırğızıstanın da iştirakı ilə bu əməkdaşlıq daha da məntiqli və güclü olacaq. Bu layihə vasitəsilə regionun potensialını gerçəkləşdirərək istehsal olunan elektrik enerjisini əvvəlcə Türkiyə bazarına, daha sonra isə Avropaya çatdıracağıq. Xəzərin Türk Dünyasını ayırmasına deyil, onu birləşdirməsinə nail olmalıyıq”-deyə nazir qeye edib.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …