Bazar , Oktyabr 18 2026
azfa

Üç azərbaycanlı fəalın kassasiya müraciəti Ali Məhkəmə tərəfindən dördüncü dəfə rədd edildi

GADTB: İran Ali Məhkəməsinin 29-cu şöbəsi Abbasəli Əlizadənin sədriliyi ilə Cinayət Prosessual Məcəlləsinin 476-cı maddəsinə istinad edərək, azərbaycanlı fəallar Araz Aman Zeynabad, Ayaz Seyfxah və Baqir Hacızadənin kassasiya (yenidən baxılma) müraciətlərini dördüncü dəfə rədd edən qərar çıxarıb.

Hazırda Evin həbsxanasında saxlanan bu üç fəal daha əvvəl Ali Məhkəmənin 39-cu şöbəsinin (hakim Kuhkəməri) qərarı ilə üzləşmiş və həmin mərhələdə də Tehranın İnqilab Məhkəməsinin 15-ci şöbəsinin (hakim Əbülqasim Səlavati) çıxardığı hökm olduğu kimi təsdiqlənmişdi.

Qərara görə, bu üç fəalın ümumi həbs müddəti 40 il təşkil edir:

Ayaz Seyfxah – 14 il

Araz Aman – 13 il

Baqir Hacızadə – 13 il

İttiham aktına əsasən, Araz Aman və Baqir Hacızadə “casusluq” ittihamı ilə hər biri 8 il, Ayaz Seyfxah isə bu ittihama görə 9 il həbs cəzası alıblar. Bundan əlavə, hər üç fəal “ölkənin təhlükəsizliyinə qarşı cinayət məqsədilə toplantı və əlbir olma” ittihamı ilə 5 il həbsə məhkum edilib.

Hökmlərdə həmçinin iki il müddətinə siyasi partiya və qruplara üzvlükdən, mediada, sosial şəbəkələrdə fəaliyyət göstərməkdən və ölkədən çıxış hüququndan məhrumetmə kimi əlavə sanksiyalar da nəzərdə tutulub.

Məlumatlara görə, sözügedən fəallar 1402-ci ilin Bahman ayının 16 və 18-də Təbrizdə məlumat xidməti əməkdaşları tərəfindən məhkəmə orderi təqdim edilmədən saxlanılaraq Tehrana aparılıblar. Onların girov qarşılığında müvəqqəti sərbəst buraxılma hüququndan məhrum edildiyi və hələ də həbsdə saxlanıldığı bildirilir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …